Parisdə yenidən terror həyəcanı

Polis əməliyyat keçirərək dörd şübhəli şəxsi saxlayıb
Parisdə yenidən terror həyəcanı

Fransanın terrorçuluğa qarşı mübarizə polisi Parisin mərkəzində terror aktı hazırlamaqda şübhəli bilinən dörd nəfəri həbs edib. Bu barədə TF1 kanalına istinadən "Reuters" agentliyi xəbər verib.
Əməliyyat zamanı üç nəfər kişi və bir qadın terrorçu saxlanılıb. Aparılan əməliyyat zamanı üç kişi və bir qadın saxlanılıb. Təhlükəsizlik xidmətləri onların terrorçu qruplaşmalarla əlaqələri haqqında informasiyaya malikdir.

Həmçinin polis onlardan avtomat silahı üçün nəzərdə tutulan patronlar və kompüter avadanlığını götürüb. Daha əvvəl bildirilirdi ki, dünən Brüsseldə terrorçulara qarşı polisin xüsusi əməliyyatı başa çatıb.

Belçikanın paytaxtı Brüsseldə terrorçuların axtarışı zamanı aparılan əməliyyatda dörd polis yaralanıb. Axtarılan terrorçular 2015-ci ilin noyabrında Parisdə terror hücumlarını təşkil etmiş dəstənin üzvləri olub. Əməliyyatda polislərin necə yaralandığı barədə məlumat verilmir. Qeyd olunur ki, terrorçular "Kalaşnikov" avtomaları ilə atəş açıb. Onlardan biri yaralı ələ keçirilib.

Keçən il noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Hadisə metroda və stadionun yaxınlığında 2 partlayış, restorana və konsert zalına silahlı hücum şəklində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə