Suriya İnsan Hüquqları Təşkilatı tərəfindən təqdim edilən hesabatda 2015-ci ilin 30 sentyabr tarixindən 2016-cı ilin mart ayının 15-ə qədər Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan sadə vətəndaşların sayı açıqlanıb. SİA-nın məlumatına görə, hərbi əməliyyatlar zamanı 1984 nəfər sadə vətəndaş həyatını itirib.
Həlak olan sadə vətəndaşlar arasında 443 azyaşlı uşaq və 286 qadın var.
Məlumatda iddia edilir ki, Rusiyanın həyata keçirdiyi hərbi müdaxilələrin 85 faizi müxalifətçi qüvvələrin idarəsi altında olan bölgələrdə və ya İŞİD mövqelərinə yaxın olmayan ərazilərdə təşkil edilib.
Eyni zamanda bu müddət ərzində Rusiyanın sadə vətəndaşların ölümü ilə nəticələnən 106 qırğın həyata keçirdiyi də hesabata daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB