Fransa və Almaniya vətəndaşları həlak olub
Kot-Divuarın daxili işlər naziri Hamed Bakayoko ölkənin Qran-Basam kurort şəhərində baş verən hücum nəticəsində bir Fransa və bir Almaniya vətəndaşının həlak olduğunu deyib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, martın 13-də səhər saatlarında Kot-Divuarın cənubunda yerləşən Qran-Basam kurort şəhərində atışma baş verib. Ölkə prezidenti Alassan Uattara hadisə nəticəsində 16 nəfərin, o cümlədən 14 mülki şəxsin həlak olduğunu bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, şəhərin 3 otelinə hücum edən altı yaraqlı öldürülüb. KİV-lər hücumun məsuliyyətini "İslam məğribi ölkələrinin Əl-Qaidəsi" qruplaşmasının öz üzərinə götürdüyünü iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB