Terror qurbanlarının sayı artır

Yaralanan daha üç nəfər həyatını itirib
Terror qurbanlarının sayı artır

Ankaranın "Kızılay" meydanındakı avtobus dayanacağında törədilən terror aktı nəticəsində yaralanan daha üç nəfər həyatını itirib. Anadolu informasiya agentliyi xəbər verir ki, Türkiyənin səhiyyə naziri Müezzinoğlu bununla da terror qurbanlarının sayının 37-yə yüksəldiyini açıqlayıb.

Xatırladaq ki, faciə dünən axşam saatlarında Ankaranın mərkəzində insanların gur olduğu ərazidə baş verib. Terror hücumunun iki kamikadze tərəfindən bomba yerləşdirilmiş avtomobil vasitəsi ilə həyata keçirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə