Argentinada bütöv bir şəhər talan edildi Böyük Soyğun

Argentinada bütöv bir şəhər talan edildi Böyük Soyğun

Argentinada silahlı bir qrup oğru Bernarda De İriqon şəhərində kütləvi soyğun həyata keçirib. SİA-nın məlumatına görə,oğrular şəhər bələdiyyəsini, poçt və məhkəməsarayını , polis idarəsini və bir bankı soyublar.

Onlar 1 800 nəfər sakini olan şəhərin pul ola biləcək hər bir yerində soyğun həyata keçiriblər.

Oğrular əvvəlcə polis idarəsini, daha sonra bələdiyyə binasını, bankı, poçt və məhkəmə sarayını soyub. Ümumilikdə 16 min dollar pul oğurlanıb.

Axtarış əməliyyatları nəticəsində bir oğru öldürülüb. Oğrulardan 3-ü isə qaçmağa müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə