Avropa İttifaqı Şengen sazişini xilas edə biləcəkmi?

Avropa İttifaqı Şengen sazişini xilas edə biləcəkmi?

Avropa İttifaqının (Aİ) Türkiyənin iştirakı ilə keçirdiyi bugünkü sammit ərəfəsində Avropada Şengen sazişinin taleyi ilə bağlı narahatlıq səngimir. Avropa Komissiyasının "Yol xəritəsi" ilin sonunadək Aİ-nin daxili sərhədlərində nəzarətin ləğvini nəzərdə tutur. Aİ-nin miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri komissarı Dimitris Avramopulos deyib: "Biz tariximizdə müstəsna məqamı yaşayırıq". Onun sözlərinə görə, qarşıda Şengen sazişinin gələcəyi və Avropanın birliyi durur. Bu birliyi avropalılar "son 60 ildə yaradıblar". Dimitris Avramopulos birlik deyərkən ilk növbədə vahid iqtisadi məkanı və Şengen ərazisində sərbəst hərəkəti nəzərdə tutur. Avropa Komissiyasının fikrincə, daxili sərhədlərdə nəzarətin tətbiqi Avropa üçün ildə təxminən18 milyard avroya başa gələcək. Milyardlarla ziyana yük maşınlarının uzun-uzadı növbələri, turistlərin sayının azalması və sərhədçi ştatının çoxalması da əlavə olunacaq.

Şengen sazişinin bərpası üzrə "Yol xəritəsi"nin müvəffəqiyyəti Yunanıstanın Türkiyə ilə sərhəd mühafizəsinin təmin edilib-edilməməsindən çox asılı olacaq. Yunanıstan hökuməti martın 12-dək Avropa İttifaqının müvafiq tələblərinin yerinə yetirilməsinə dair fəaliyyət planını təqdim etməli, habelə qaçqınların effektiv qeydiyyata salınmasını təmin etməyə və iqtisadi miqrantların köçürülməsinə necə hazırlaşması barədə məlumat verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə