Partiyaların daxili seçkilərində Demokratlardan Hillari Klintonun əsas rəqibi olan Bernie Sanders ABŞ-da demokraiyanın olmadığını bildirib. Tərəfdarları qarşısında çıxış edən Sanders bildirib ki, Amerika demokratiyası bir qrup milyarderin əlindədir.
O, deyib: "Demokratiya hər kəsin bir səsi olması deməkdir. Halbuki Amerikada seçki rəqabətlərinin təmini sistemi tamamilə ədalətsizdir. Bu isə ABŞ demokratiyasını zəiflədərək, məhv edir. Demokratiya bir qrup milyarderin seçkini pul ilə satın alması anlamında deyil. ABŞ demokratiyası bu deyil ki, Kox (Koch) qardaşları və onların dostları 900 milyon dollar pul xərcləsinlər. Elə bir məbləğdə ki, Demokratlar və Respublikaçıların ümumi büdcəsindən daha çoxdur. Bu demokratiya deyil. Bu pul, sərvət və nüfuzlu insanların hakimiyyətidir. Bizim məqsədimiz bu vəziyyəti dəyişməkdir."
Sanders əlavə edib: "Son 30-40 ildə Amerikada orta təbəqə məhv olmağa doğru gedir. 47 milyon insan kasıblıq həddində yaşayır. Təəssüflər olsun ki, istər media, istərsə də Konqress bu haqda danışmırlar. ABŞ-da uşaqlar dünyanın inkişaf etmiş ölkələri arasında hamıdan çox kasıbçılıqdan əziyyət çəkir."
"Bu gün ABŞ həbsxanalardan məhbusların sayı 2 milyon 200 mini keçib. Halbuki onların əksəriyyətini qaradərili, latınlar və hindular təşkil edir. Biz bunun üçün hər il 80 milyard dollar xərcləyirik", deyə Bernie Sanders vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB