Qadınlar polislərə hücum etdi 2 ölü

Qadınlar polislərə hücum etdi 2 ölü

İstanbulun Bayrampaşa bölgəsində polis məntəqəsinə silahlı hücum edilib. Polisə hücum edən 3 qadın terrorçudan biri yaralanıb, iki nəfər isə hadisə yerindən qaçıb.

Hücuma məruz qalan polislər terrorçu qadınları yaxınlıqdakı binada mühasirəyə alıb. Polisin "təslim ol" çağırışına məhələ qoymayan qadınların tutulması üçün binanın qapısı partladıcı ilə qırılıb.

Bayrampaşa Çevik Polis Alayının şöbə müdirliyi bildirib ki, əməliyyat nəticəsində iki terrorçu qadın zərərsizləşdirilib.

Hücumda bir polisin qolundan yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə