"Qazprom" 2 milyard avroluq kredit aldı

"Qazprom" 2 milyard avroluq kredit aldı

"Bank Of China"nın London filialı ilə "Qazprom" arasında 2 milyard avro həcmində 5 illik kredit razılaşması imzalanıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu məbləğ "Qazprom"un tarixində bir maliyyə qurumundan cəlb etdiyi ən böyük kredit vəsaitidir.

Müqavilə Şanxayda "Qazprom"un İdarə Heyətinin sədr müavini Andrey Kruqlov və "Bank of China"nın London filialının vitse-prezidenti Van Xuabin arasında imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə