Rusiyada məhbus olan ukraynalı qadın pilot və millət vəkili Nadejda Savçenko üçün 23 il həbs cəzası tələb edildi. SİA-nın məlumatına görə, bugün baş tutan məhkəmə işində prokuror Savçenko üçün 23 il həbs və 100 min rubl pul cəzası tələb edib.
Prokuror cinayətin məhbus tərəfindən millət vəkili olmadan əvvəl törədildiyini bildirərək Avropa Şurası Parlament Assambleyasına üzv olan şəxslərə aid toxunulmazlığın Savçenko üçün keçərli olmadığını irəli sürüb.
Məhkəmədə son sözlərini səsləndirən Savçenko iddiaların hələ ki, sübut edilmədiyini bildirib.
Məhkəmənin son iclası iki həftə sonra baş tutacaq.
Qeyd edək ki, 2014-cü ildə həbs edilən Nadejda Savçenko iki rus jurnalistinin ölümündə şübhəli bilinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB