Xəzər dənizinə 50 rus gəmisi buraxıldı

Xəzər dənizinə 50 rus gəmisi buraxıldı

Rusiya Xəzər Donanmasına aid 50 gəmisini suya buraxdı. SİA-nın Rusiyanın "Sputniknews" agentliyinə istinadən verdiyi məlumatına görə, gəmilər təlim məqsədilə suya buraxılıb.

Təlimdə ekipajın gəmiləri suda müdafiə etmə məharətləri yoxlanılacaq.

Burada "Ugliç", "Velikiy Ustyug", "Volgodonsk" gəmiləri iştirak edəcək.

Bu proses 8 və ya 20 gün arası davam edəcək. Bu zaman ərzində raketlərdən atəş açmaq təlimi də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə