İngilis hökuməti Böyük Britaniyanın Avropa İttifaqından ayrılacağı təqdirdə bunun gələcək 10 il üçün qeyri-müəyyənlik yarada biləcəyini açıqlayıb. SİA-nın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, hökumət ölkənin Avropa İttifaqından ayrılacağı təqdirdə baş verə biləcəklərlə bağlı hesabat yayıb.
Bu rəsmi təhlilə görə, Böyük Britaniyanın Avropa İttifaqdan çıxması ölkə üçün xaotik və kompleks bir müddətin başlanğıcını qoya bilər.
Eyni zamanda bu hadisə Böyük Britaniya üçün 10 il ərzində çətinlik həm avtomobil istehsalı, həm maliyyə məsələləri, həm də kənd təsərrüfat baxımından müxtəlif çətinliklər yaradacaq.
Eyni zamanda ABŞ və digər ölkələrlə imzalanan razılaşmalara yenidən baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB