Azərbaycan ilə İran arasında əczaçılıq məhsulları istehsalı üzrə birgə müəssisənin yaradılması müzakirə edilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, fevralın 29-da iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın "Darou pakhsh" şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə olunub.
Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkına səfər edib, investorlar üçün yaradılan imkanlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB