Qaydaların pozulması ilə bağlı cinayət işi açılıb

Qaydaların pozulması ilə bağlı cinayət işi açılıb

Vorkutadakı "Severnaya" şaxtasında axtarış-xilasetmə əməliyyatları zamanı baş verən təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. SİA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, həlak olanların beşi xilasedici, biri isə mədən işçisidir. Onların hamısı Komi Respublikasının sakinləridir. Partlayışın yerinin 748 metr dərinliyində meydana gəldiyi bildirilib.

Xatırladaq ki, fevralın 25-də "Severnaya" şaxtasında metan qazının qəfil partlaması nəticəsində uçqun və yanğın baş verib. Hadisənin ilk saatlarında mədəndəki 111 şaxtaçının 81-i xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Yer altında qalan 26 şaxtaçının taleyindən isə hələ bir xəbər yoxdur və onlarla bütün əlaqə kəsilib. Qəza anında şaxtaçılar yerin 780 metr dərinliyində olublar.

Hazırda mədəndə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə