Kürdlər ABŞ-da öz nümayəndəliklərini açacaqlar

Kürdlər ABŞ-da öz nümayəndəliklərini açacaqlar

Kürdüstan Milli Konqresinin Moskva nümayəndəsi Səlahəddin Soro suriyalı kürdlərin ABŞ-da nümayəndəlik aça biləcəklərini deyib. SİA-nın məlumatına görə, bu barədə rəsmi nümayəndə "Rossiya 24" kanalına danışıb.

O, belə bir nümayəndəliyin həmçinin Almaniya və Fransada da açıla biləcəyini deyib: "Hazırda suriyalı kürdlərin Kopenhagen, Berlin və Parisdə nümayəndəliyinin açılması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda Vaşinqtonda da belə bir nümayəndəliyin açıla biləcəyini düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə