Rusiyanın Komi Respublikasının Vorkuta bölgəsində "Sever" mədənində uçqun baş verib. SİA-nın Rusiyanın "ITAR TASS" agentliyinə istinadən verdiyi məlumata görə, uçqun nəticəsində 90 nəfərədək işçi dağıntı altında qalıb.
Hadisə haqqında Rusiyanın Föqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.
Hazırda mədəndə axtarış-xilasetmə əməliyyatları aparılır. Uçqun altında qalanlardan hələ ki, 40 nəfəri xilas edilib. Xəsarət alanlar haqda isə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB