İki "Boeing-737" uçuş zolağında toqquşub

İki "Boeing-737" uçuş zolağında toqquşub

ABŞ-ın Detroyt şəhərinin beynəlxaq hava limanında iki "Boeing-737" təyyarəsi uçuş zolağında toqquşub. Fövqəladə hadisə nəticəsində heç kim zərər görməyib. Bu barədə hava limanının nümayəndələri xəbər verib.

Hava limanının rəsmiləri uçuş zolağında toqquşan təyyarələrdən birinin "American Airlines" digərinin isə "Southwest Airlines" şirkətlərinə məxsus olduğunu bildirib. Laynerlərdən birinin qanadı ikincinin isə quyruq hissəsi zədələnib. Təyyarələr daxili reysləri yerinə yetirirmiş.

Hadisə zamanı təyyarələrin göyərtəsində sərnişinlər olub. Qəza zamanı yanacaq sızması qeydə alınmayıb. Qəzanın səbəbi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə