Türkiyə və Səudiyyə krallığı hərbi təlimlərə başladı HƏDƏF SURİYADIR

Türkiyə və Səudiyyə krallığı hərbi təlimlərə başladı HƏDƏF SURİYADIR

Türkiyə və Səudiyyə Ərəbistanının silahlı qüvvələri birgə hərbi təlimlərə başlayıblar. SİA xəbər verir ki, bu barədə İranın "Press-TV" kanalı Türkiyənin müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Səudiyyə krallığı tərəfindən müştərək hərbi təlimlərə 6 ədəd F-15 qırıcı təyyarəsi də cəlb olunub. Türkiyə tərəfinin bildirdiyinə görə, Konyada keçirilən təlimlər planlaşdırılmış şəkildə reallaşdırılır.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ötən həftənin şənbə günü bəyan etmişdi ki, Səudiyyə Ərəbistanının hərbi nümayəndələri İncirlik hərbi bazasına gəliblər. "Onlar öz təyyarələrini bu bazaya göndərəcəklər. Lakin təyyarələrin sayı hələ ki, məlum deyil. Səudiyyə Ərəbistanı Suriya ərazisində quru əməliyyatlarına başlamaq haqqında qəti qərara gıliblər və piyada korpusları kontingentini ora göndərməyə hazırlaşırlar"-deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə yanaşı, Türkiyə də Suriya ərazisində quru əməliyyatlarına başlamaq haqqında qərarı dəstəkləyənlər sırasındadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə