Səudiyyə Ərəbistanı qırıcıları İncirlikdə

Səudiyyə Ərəbistanı qırıcıları İncirlikdə

Səudiyyə Ərəbistanının müdafiə nazirinin müşaviri general Əhməd min Hasan Asiri İŞİD-ə qarşı mübarizəni genişləndirmək məqsədi ilə döyüş təyyarələrini Adanadakı İncirlik hərbi bazasına göndərdikləri deyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Asiri Əl-Arabiyyə televiziyasına bildirib ki, ölkəsi bu addımı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin fəaliyyəti çərçivəsində atıb. Əlavə edib ki, yaxın saatlarda Türkiyəyə əlavə döyüş təyyarələri göndəriləcək.
Səudiyyə Ərəbistanının rəsmisi xüsusi olaraq vurğulayıb ki, Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarının vacibliyini əvvəlcədən dəstəkləyiblər: "Təkcə hava zərbələri ilə İŞİD-i zərərsizləşdirmək mümkün deyil. Bunun üçün də koalisiya qüvvələri çərçivəsində aktiv iştirak etmək istəyirik. Brüssel danışıqlarında da bu məsələ müzakirə olundu. Ona görə də Türkiyədəyik. Həm hava həm də qurudan dəstək verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə