Ötən həftə Tayvanın cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb. SİA-nın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verir. Daha öncə isə Yaponiyanın "Kyodo" informasiya agentliyi həlak olanların sayının 78 nəfər olduğunu bildirmişdi. Daha çox zərər çəkən isə 17 mətrəbəli elit bina olub ki, orada 35 ailə məskunlaşmışdı. Zəlzələdən sonra məlum olub ki, tikinti materiallarına qənaət etməkdən və binanın tikintisində beton boşluqları doldurmaqdan ötrü yağ və konserv qablarından istifadə edilib. Artıq, binanın tikintisinə icazə verən və digər məsul şəxslər polis tərəfindən həbs ediliblər.
Digər tərəfdən, hökumətin hadisədən sonra matəm elan etməməsi dünya ictimaiyyətini təəccübləndirib. Hətta daha təəccüblüsü bu olub ki, Tayvan hökuməti matəm gününü 15 fevraldan – Ay təqvimi ilə yeni il bayramının başa çatmasından sonraya qədər təxirə salıb. Məhz bu tarixdən sonra Tayvanın bayraqları endiriləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB