Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan bildirib ki, Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara görə, "İslam Dövləti" terror təşkilatının silahlıları əllərində olan kimyəvi silahları Suriyada və İraqda istifadə ediblər. MKİ rəhbəri bu kimi silahların terrorçu təşkilat tərəfindən hazırlanması üçün avadanlıqlara malik olduqlarını da vurğulayıb. SİA-nın məlumatına görə, idarənin şefi bunu CBS kanalına açıqlamasında bildirib. "Bizdə bununla bağlı nümunə və sübutlar var"-deyə, Brennan açıqlama verib.
MKİ rəhbəri istisna etməyib ki, "İslam Dövləti" kimyəvi silahları Qərbə də ixrac edə bilər. Onlar bu vasitə ilə maliyyə vəziyyətlərini düzəltməyi düşünürlər: "Düşünürəm ki, belə bir imkan var. Bu baxımdan, onların nəqliyyat xəttlərindəki marşrutların qarşısını mütləq kəsməliyik".
MKİ-nin rəyinə görə, terrorçular kimyəvi-zəhərləyici silahları xlor, iprit kimi vasitələrlə istehsal edirlər ki, sonradan onları həm satsınlar, həm də müharibə apardıqları bölgələrdə istifadə etsinlər.
Rövşən Nurənnidoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB