İran Səudiyyə Ərəbistanı ilə görüşə hazırdır

Qlobal neft bazarının üzləşdiyi cari vəziyyətlə bağlı
İran Səudiyyə Ərəbistanı ilə görüşə hazırdır

İran qlobal neft bazarının üzləşdiyi cari vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə görüşə hazırdır. "Press TV" xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namdar Zəngənə deyib: "İran Səudiyyə Ərəbistanı da daxil olmaqla Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin birgə əməkdaşlığına dəstək verəcək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı özünün neft hasilatı ilə OPEC-in 31,2 faizini, İran isə 8,21 faizini təmin edir.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər yanvarda Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşmişdi. Bundan sonra isə İran Səudiyyə Ərəbistanından idxal edilən bütün malların qadağan olunduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə