Böyük Britaniya Baltik dənizinə 5 hərbi gəmi göndərəcək. SİA-nın məlumatına görə, bu barədə "The Guardian" nəşri NATO-nun regiondakı mövqelərini möhkəmləndirməsi barədə gördüyü tədbirləri şərh edərkən yazır. Qeyd edilir ki, məhz bu kimi vasitələrlə Şimal Alyansı önləyici addımlar atmaqla bölgədəki mövqelərini qorumağa çalışır. Bununula yanaşı, Baltikyanı ölkələrə Brtitaniyaya məxsus 6 minlik hərbi kontingent də göndəriləcək. Onlar Rusiya ilə qonşu olan 6 ölkənin sərhədlərində keşik çəkəcəklər.
Bu barədə qərar ötən ilin yayında NATO-nin Varşava sammitində qəbul olunub. Hərbi kontingentin yerləşdirilməsi üçün Polşa, Bolqarıstan, Rumıniya, Litva, Latviya və Estoniya ölkələri seçilib. NATO rəsmiləri bu addımı Rusiyanın regiondakı təsirinə qarşı "əzələ nümayişi", yaxud da önləyici fəaliyyət kimi əsaslandırırlar.
Böyük Brtitaniyanın hərbi naziri Maykl Fellon isə xatırladıb ki, rəsmi London hərbi dəniz qüvvələrini 2010-cu ildən sonra ilk dəfə xarici ölkələrə göndərir. "2016-cı ildə biz Baltikyanı regiona xüsusi həssaslıqla və diqqətlə yanaşacağıq" -deyə, britaniyalı hərbi nazir bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB