İraqın Ənbar vilayətinin mərkəzi olan Ramadi şəhərində 37 İŞİD terrorçusu öldürülüb. SİA-nın məlumatına görə, bu barədə İraqın Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb: "İraq ordusu koalasiya qüvvələrinin hava dəstəyi ilə Ramadinin şərqində yerləşən İŞİD mövqelərinə hücum edib. Hücum nəticəsində 37 terrorçu ölü ələ keçirilib".
Hücumlar nəticəsində İŞİD terrorçularına məxsus hərbi vasitələr işləksiz hala düşüb və həmçinin təşkilata məxsus partlayıcıların olduğu depo ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB