Zəlzələdə yaralıların sayı 155-ə çatdı FOTO

Zəlzələdə yaralıların sayı 155-ə çatdı FOTO

Tayvanın Pinqdonq vilayətinin Taynan şəhərində 6.4 gücündə zəlzələ baş verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində 5 nəfər həlak olub, yaralıların sayı isə 155 nəfərə çatıb.

Zəlzələ yerli saatla 03.57 radələrində baş verib. Hazırda ərazidə xilasetmə işləri aparılır.

Tayvan prezidenti Ma İn Çzyu xilasetmə işlərinə nəzarət etmək üçün Taynan şəhərinə yollanıb.

Ərazidə yerləşən bir çox bina çöküb. Sarsıntı paytaxt Taybeydə də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə