Rusiyaya məxsus hərbi təyyarə Baltik dənizi istiqamətində İsveç hərbi təyyarəsinin uçuşuna mane törədib. SİA-nın İsveçin rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsveçin Baş Qərargah rəisi Maykl Bayden Rusiyaya məxsus "SU-27" tipli döyüş təyyarəsinin Danimarkanın Bornholm adası yaxınlığında İsveçə məxsus "ASC 890" tipli döyüş təyyarəsinin uçuşuna mane olduğunu deyib.
Bir neçə dəfə xəbərdar edilən rus təyyarələri xəbərdarlığa əhəmiyyət verməyib. Yalnız İsveçə məxsus "Gripen" tipli iki hərbi təyyarə havaya qalxdıqdan sonra rus təyyarəsi təcavüzkar davranışına son qoyub.
Bayden hadisənin 15 gün əvvəl baş verdiyini, bir müddət gizli saxlanıldığını, lakin təhlükəli hal hesab olunduğundan mətbuata məlumat verməyim vacib olduğu qərarını aldıqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB