ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedəcək. Dövlət başçısı Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.
ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır. Barak Obama İslam icması qarşısında çıxış etməklə yanaşı, onlarla etiqad azadlığı məsələlərini müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB