Yanvarın 29-da axşam Norveçin qərb sahilləri "Tur" fırtınasına məruz qalıb. Böyük ziyan vuran fırtına ölkədə 30 mindən çox şəxsi təsərrüfatı işiqsız qoyub. Norveç KİV-lərinin yaydığı məlumata görə, Norveç hökuməti əlverişsiz hava şəraitinin miqyasını nəzərə alaraq krallığın 19 quberniyasından 9-da tufan xəbərdarlığı edib. Hakimiyyət orqanları insanlara küçəyə çıxmamağı tövsiyə edib.
Axşam saatlarında məlum olub ki, Qərbi Norveçin Soqn-oq-Fyurane, Xordalann və Mereoq-Romsdal quberniyalarında elektrik xətlərinə daha çox ziyan dəyib. Fövqəladə xidmətlərə evlərin damlarının uçması barədə məlumatlar daxil olur, müxtəlif dərəcəli xəsarət alan bir neçə adam xəstəxanaya çatdırılıb. Sunnmere tərsanəsində külək tikilməkdə olan 180 metr uzunluğunda gəmini lövbərdən qoparıb. Dalğaların hündürlüyü bəzi yerlərdə 13 metrə çatır.
Şimal dənizində neft platformalarının işçiləri təxliyə edilib. Əhalisinin sayına görə ölkənin ikinci şəhəri olan Berqenin hava limanından uçuşların bir hissəsi ləğv edilib, ərazidəki yollar bağlanıb.
Əlverişsiz hava şəraitinin tezliklə paytaxt Oslonu cənginə alacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB