ABŞ donanmasında rüşvət polemikası

ABŞ donanmasında rüşvət polemikası

ABŞ Dəniz Donanmasında kapitan vəzifəsini yerinə yetirən Maykl Misivicz bəzi gizli məlumatları donanmadan kənara çıxartdığına görə 40 ay müddətinə azadlıqdan məhrum edilib. SİA-nın "Washington Post" qəzetinə istinadən verdiyi məlumatına görə, ABŞ-ın San Dieqo şəhərindəki federal məhkəməyə çıxarılan istintaq işində Maykl Misivics rüşvət və nüfuzlu hotel xərclərinin ödənməsi qarşılığında donanmaya məxsus bəzi gizli bilgiləri satmaqda mühakimə olunub.

Qeyd edək ki, 2013-cü ildən bu yana araşdırması aparılan istintaq işinin miqyası getdikcə daha da böyüyüb. İstintaq işində artıq 100-ə yaxın donanma işçisi şübhəli bilinir.

San Dieqo məhkəməsində ilk olaraq yanvarın 21-də Daniel Layuq rüşvət almaqda günahlandırdı. Daha sonra isə Maykl Misivivicsin rüşvət aldığı müəyyənləşdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə