Tacikistan prezidenti qızına vəzifə verdi

Tacikistan prezidenti qızına vəzifə verdi

Tacikistan prezidenti Emomali Rahmon öz qızı Ozoda Rahmonu administrasiya rəhbəri təyin edib. O bu vəzifədə Bəxtiyar Xudoerzodanı əvəz edib. Xarici ölkələrdə təhsil alan prezidentin qızı əvvəllər Tacikistanın diplomatik nümayəndəliyində mədəniyyət və təhsil üzrə attaşes və Xarici İşlər nazirinin 1-ci müavini vəzifələrində çalışıb. Hazırda onun fövqəladə və səlahiyyətli səfir dərəcəsi var.

Qeyd edək ki, Tacikistan prezidenti 9 uşaq atasıdır. Onun oğlu Rüstəm, dövlət maliyəyə nəzarət və korrupsiya ilə mübarizə agentliyinə rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə