Misirin təhlükəsizlik qüvvələri Qahirə ətrafında xüsusi əməliyyat zamanı iki ekstremisti məhv ediblər. Misir KİV-ləri bu məlumatı hüquq-mühafizə orqanlarının mənbələrinə istinadla verirlər.
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyatı şəhərin "6 oktyabr" rayonunda keçiriblər. Yaşayış evlərinin birinin mənzilində mühasirəyə alınmış terrorçular polislərə atəş açıblar, bundan sonra onlar cavab atəşi ilə məhv ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB