İŞİD Paris terrorunda iştirak edənlərin videosunu yayımladı FOTO

İŞİD Paris terrorunda iştirak edənlərin videosunu yayımladı FOTO

İŞİD 12 noyabrda Parisdə baş tutan terror aktında iştirak etmiş şəxslərlə bağlı video yayımlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD terror aktında iştirak edən 9 nəfərin videosunu yayımlayıb.

Videoda üzü göstərilən şəxslərin Yaxın Şərqdə hərbi təlim keçdikləri qeyd olunub.

Həmçinin 130-dan çox insanın həlak olduğu terror aktının gerçəkləşdiyi ərazilərin yeri dəqiqliklə göstərilib.

Video Böyük Britaniyanın Suriyada İŞİD-ə qarşı mübarizəyə dəstək verən millət vəkillərinin şəkilləri ilə bitib.

Fransa prezidenti Fransua Olland bu videonun ölkədə terrorizmə qarşı aparılan mübarizəni dayandırmayacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə