Helikopter qəzaya uğrayıb

Qazaxıstanın Jınbıl vilayətində mülki helikopter qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rıskulov rayonunda qəzaya uğrayan Mİ-2 helikopterinin göyərtəsində olan bir nəfər ağır yaralanıb. Yaralının ağır yanıq xəsarəti ilə Taraz şəhər xəstəxanasına gətirildiyi bildirilir.

Qəzanın səbəbləri və helikopterdə ümumilikdə neçə nəfərin olduğu hələlik açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə