ABŞ-da minə yaxın yol qəzası

ABŞ-ın şərq regionlarına yağan güclü qar Virciniya ştatında 989 yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən yol nəqliyyat hadisələri nəticəsində ümumilikdə 9 nəfər həyatını itirib.

Yanvarın 22-də ABŞ-ın şərq sahilləri güclü qış siklonunun təsirinə məruz qalıb. Paytaxt regionu, həmçinin Virciniya və Pensilvaniya ştatları siklonun mərkəzində qalıb.

Sinoptiklərin proqnozuna görə, qar fırtınası şənbə günü axşama qədər davam edəcək.

Əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla ştatın rəhbərliyi fövqəladə vəziyyətin tətbiqi barədə göstəriş verib. Hökumətin verdiyi məlumata əsasən, 85 milyon nəfərdən artıq amerikalı siklonun təsirini hiss edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə