"Primeiro Pay" İran bazarında

Braziliyanın "Primeiro Pay" ödəmə xidməti provayderi İranda öz sistemini işə salıb. Şirkət sanksiyaların ləğvindən bir neçə gün sonra yerli bazara çıxıb. İran Braziliyadan sonra "Primeiro Pay" bazarında ikincidir. Bir çox beynəlxalq şirkət 2016-ci ildə artıq İran bazarına çıxmağa hazırlaşır.

"Primeiro Pay" xidməti "Shetab" (yerli ekvivalent VISA və ya Mastercard) sistemi vasitəsilə ödənişlər təklif edən yerli banklarla əməkdaşlıq edir.

"80 milyon insan "Primeiro Pay" sayəsində bütün xarici məhsulları əldə edə biləcək. Sistem xaricə çıxış imkanı açan, həmçinin əlavə xidmətlərdən istifadə imkanı yaradan ilk beynəlxalq şirkət olub", - deyə "Primeiro Pay"ın direktoru Tim Verner qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə