Türkiyənin Kilis vilayətinin şəhər mərkəzində partlayış baş verib. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bir evin qarşısında baş verən partlayış zamanı 2 nəfər yaralanıb.
Yaralılardan birinin azyaşlı uşaq olduğu bildirilib. Yaralılar Kilis Dövlət xəstəxanasına yerləşdirilib.
Partlayışın təsiri ilə bölgədəki məscid, tibbi mərkəz və bəzi evlərin şüşələri qırılıb.
Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühazirəyə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB