Türkiyənin 3 fərqli bölgəsində zəlzələ baş verib. SİA-nın məlumatına görə, Türkiyənin Muğla vilayətinin Fəthiyə mahalında 4.0 bal gücündə zəlzələ baş verib. Türkiyənin Boğaziçi Universitetinin Kandil Rəsədxanasından və Zəlzələ İnstitutundan verilən məlumata görə, zəlzələ səhər 06:00 saatlarında Fəthiyənin Bakırköy kəndində, yerin 5 kilometr dərinliyində baş verib.
Məlumatda bildirilib ki, Çanaqqalanın Gülpınar sahillərində də 3.9 və 3.7 bal gücündə 20 dəqiqə fasilə ilə iki zəlzələ baş verib.
Eyni zamanda Vanın Baxçasaray vilayətində yerin 7 kilometr dərinliyində də 4.7 bal gücündə zəlzələ baş verib.
Zəlzələ zamanı yaralanan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB