Avropa İttifaqı üzv ölkələr arasında münaqişənin yaranmasına imkan verməmək üçün bir həftə ərzində miqrasiya böhranının həllini tapmalıdır. Bu sözləri Sloveniyanın Baş naziri Miro Tserar macarıstanlı həmkarı Viktor Orbanla keçirdiyi mətbuat konfransında deyib.
"Problemin həllini tapmaq üçün bizim yaza qədər gözləməyə vaxtımız yoxdur", - deyən Baş nazir vurğulayıb ki, əgər bu vəziyyət davam etsə ölkələr arasında münaqişə qaçılmaz olacaq. Artıq vəziyyət nəzarətdən tamamilə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB