Maykl Ceksonun rəsm əsərləri satışa çıxarılacaq

Maykl Ceksonun rəsm əsərləri satışa çıxarılacaq

Məşhur amerikalı pop kral Maykl Ceksonun 100-ə yaxın rəsm əsərindən ibarət kolleksiya keçmiş müstəntiq Josef McBratney tərəfindən toplanaraq ehtiyacı olan uşaqlara yardım məqsədilə satışa çıxarılacaq.

İndianexpress.com saytı xəbər verir ki, Joe Brat ləqəbi ilə tanınan Josef McBratney Maykl Ceksonla yanaşı, "The Beatles" qrupunun, şahzadə Diananın, Avraam Linkolnun, Çarli Çaplinin, Bart Simpsonun, "Peter Pan"ın, "Mickey Mouse"un, "Snoopy" və "Garfield"in karandaşla çəkilmiş şəkillərini də satışa çıxaracağını bildirib.

Kolleksioner qeyd edib ki, Maykl Ceksonun çəkdiyi rəsm əsərlərinin üzərində imzası var və bu imza ABŞ-ın Müəllif Hüquqları Mühafizəsi Bürosu tərəfindən təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə