Burada hər gün zəlzələ baş verir

Burada hər gün zəlzələ baş verir

Kanadanın qərbində yerləşən Foks Krik qəsəbəsində hər gün zəlzələ baş verir. Zəlzələnin baş verməsinə səbəb hidravlik qırılma üsulu ilə neft və təbi qazın axtarışlarını aparan şirkətlərin fəaliyyətləridir.

Həmin ərazidə dünən 4.8 bal gücündə daha bir zəlzələ baş verib. Ötən il 2 min əhalisi olan bu qəsəbədə 363 zəlzələ olub. Ötən il sentyabrın 11-i isə rekord qeydə alınıb: həmin gün 18 zəlzələ baş verib.

Qeyd edək ki, bu üsul ətrafa zərər verdiyi üçün bir çox Avropa ölkəsində qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə