Bosniya və Herseqovina Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edəcək. Məsələ ilə bağlı bu ölkənin xarici işlər naziri İqor Crnadak məlumat verib. Bildirib ki, ölkəsinin rəhbərliyi ötən ilin sonunda quruma üzvlük üçün cari ilin yanvarında rəsmi müraciətin edilməsi ilə bağlı qərar verib. O deyib: "Biz mümkün qədər təşkilat tərəfindən müsbət qarşılanacaq bir müraciətlə çıxış etmək istəyirik. Bütün uyğun vasitələri nəzərdən keçirərək ən münasib vaxtda quruma üzvlük istəyimizi bəyan edəcəyik".
Nazir diqqətə çatdırıb ki, Aİ-yə üzvlük istiqamətində hüquqi, iqtisadi və sosial sahələrdə islahatların həyata keçirilməsi ilə bağlı gündəlikdə duran tədbirlər Bosniya və Herseqovinada bütün siyasi partiyalar tərəfindən müsbət qarşılanıb. O, müraciətdən sonrakı 18 ay ərzində ölkəsinin quruma üzvlük üçün rəsmi namizəd statusu alacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Aİ Bosniya və Herseqovinaya bir sıra sahələrdə islahatların keçirilməsini nəzərdə tutan Assosiasiya Sazişi çərçivəsində maddi yardım və daha sıx əlaqələr təklif edib. Bu ölkənin qurumla əməkdaşlığının daha da genişləndirilməsi üçün xüsusilə seçki prosesində qaydaların yenidən nəzərdən keçirilməsi ön şərt kimi irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB