Türkiyədə 12 PKK-lı saxlanılıb

Türkiyədə 12 PKK-lı saxlanılıb

Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər saxlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulun Fatih, Beyoğlu və Bahçekievler rayonlarında metro, avtobus və tramvay dayanacaqlarında şübhəli paketlər yerləşdirən şəxslər müəyyən edilib.

Şübhəlilər 21 ünvana edilmiş basqınlar nəticəsində ələ keçirilib. Əməliyyat zamanı çoxlu radikal məzmunlu materiallar da aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə