Rusiyanın ictimai araşdırma mərkəzi "Levada Center"ın təşkil etdiyi anketdə vətəndaşların SSRİ lideri olmuş Stalinə qarşı fikirlərinin müsbətə doğru dəyişdiyi məlum olub. SİA-nın məlumatına görə, 2007-ci il ilə müqayisədə 2015-ci ildə vətəndaşların Stalinə qarşı olan fikirləri nisbətən yumşalıb. Belə ki, anket iştirakçılarının 34 faizi Stalinin II Dünya Müharibəsində qazandığı qələbənin onun həmin dövrdə etdiyi səhvləri üstələdiyi bildirib. İştirakçıların 20 faizi isə Stalinin həmin dövrdə apardığı siyasətindən razı qaldığını açıqlayıb.
Vətəndaşların çoxu Stalini SSRİ-nin ən güclü lideri olaraq dəyərləndirib. Onların 20 faizi Stalinin apardığı siyasəti müsbət qiymətləndirib.
Stalinin zalım olduğunu düşünənlər isə iştirakçıların 15 faizini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB