BP 4 min əməkdaşını ixtisar edəcək

BP 4 min əməkdaşını ixtisar edəcək

İngiltərənin enerji nəhəngi BP (British Petroleum) bu ilin sonunadək 4 min əməkdaşını ixtisara salacaq. SİA BP-nin yaydığı məlumata əsasən xəbər verir ki, neft bazarındakı azalan qiymətlərlə əlaqədar bu ilin sonunadək şirkətin qlobal əməliyyatlarında 4 min nəfər ixtisara salınacaq.

İxtisarların əsasən şirkətin neft axtarışı və hasilatı fəaliyyətlərini əhatə edəcək, bu sahədəki işçi gücü təxminən 20 min nəfərə qədər azaldılacaq.

BP-nin ixtisarlarının 600 nəfərlik hissəsinin Şimal dənizindəki əməliyyatları əhatə edəcəyi də bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə