ABŞ-dan Şimali Koreyaya MESAJ

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsindən sonra ABŞ Hava Qüvvələrinə məxsus, nüvə silahı daşıya bilən B-52 bombardımançı təyyarələri Cənubi Koreya hava məkanında uçuşlar həyata keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ ordusu rəsmilərinin açıqlamalarına əsasən bu uçuşlar Şimali Koreyanın bir neçə gün öncə etdiyi provokativ xarakterli hərəkətinə cavabdır.

ABŞ ordu rəsmilərindən verilən digər məlumata görə bu uçuşlar Cənubi Koreyanın müdafiəsinin və Koreya yarımadasındakı sabitliyin qorunmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə