Bağdadinin ikinci “qol”u MƏHV EDİLDİ

Bağdadinin ikinci “qol”u MƏHV EDİLDİ

İraqda İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin ikinci köməkçisi Asi Əli Məhəmməd ibn Ubeydinin məhv edilməsi barədə məlumat yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məlumatı İraq Müdafiə Nazirliyi ilə əlaqəli agentliklərdən biri yayıb. Bildirilib ki, İraqın Bərvanə bölgəsinə edilən hava hücumunda məhv edilən İbn Ubeydi İŞİD liderinin ikinci "qol"u funksiyasını daşıyıb.

Digər bir xəbərə əsasən öldürülən İbn Ubeydi əvvəl həbs olunmasına baxmayaraq bu yaxınlarda həbsxanadan qaçırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə