İki polis əməkdaşı atışma zamanı həlak olub

İki polis əməkdaşı atışma zamanı həlak olub

Misir televiziyasının verdiyi məlumata görə, Qahirənin Əl-Giza rayonunda naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində ölkə polisinin iki əməkdaşı, o cümlədən bir zabit həlak olub. İlkin xəbərə görə, hücum polislər xidmətə gedərkən baş verib. Atəşdən sonra canilər gizləniblər. Hazırda polis onları axtarır.

Bəzi yerli KİV-lər xəbər veriblər ki, naməlum şəxslər atışma zamanı ola bilsin ki, petarda və fişənglərdən istifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə