Rusiyalı vətəndaş Putinə irad tutdu

Rusiyalı vətəndaş Putinə irad tutdu

Rusiyalı vətəndaş prezident Vladimir Putinə öz qəzəbini ifadə edən video çarx ünvanlayıb. SİA-nın BBC-ə istinadən verdiyi məlumata görə, Pavel Qusev adlı vətəndaş prezidentə xilasedicilərin çovğunda köməksiz vəziyyətdə qalan şəxslərə məsuliyyətsiz yanaşması ilə bağlı narazılığını ifadə edib.

Rusiyanın Orenburq vilayətində çovğunda köməksiz vəziyyətdə qalan şəxslər 15 saat xilasedicilərin köməyini gözləyib. Uzun müddət soyuğa davam gətirə bilməyən sürücü və bir neçə nəfər donvurma nəticəsində həlak olub.

Bununla bağlı Pavel Qusev Putinə ünvanladığı video çarxda öz qəzəbini ifadə edib. Qusev videoda: "Rusiya xaricə yardım göndərir, lakin öz xalqımızı xilas edə bilmir" – deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə