Ermənistanda 4 nəfər “donuz qripi”ndən ölüb

Ermənistanda 4 nəfər “donuz qripi”ndən ölüb

Ermənistanda "donuz qripi" kimi tanınan AH1N1 virusuna yoluxanların sayı artıb.

SİA xəbər verir ki, ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər AH1N1 virusundan dünyasını dəyişib. Ermənistanın xəstəxanalarında "donuz qripi"nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə