Finlandiyada bu qış üçün rekord şaxtalar hökm sürür. Temperatur mənfi 40 dərəcədən də aşağı düşüb. Rusiyanın NTV telekanalı xəbər verir ki, ən şiddətli şaxtalar Laplandiyanın qərbində qeydə alınıb: -41 dərəcə. Sodankyul munisipalitetində termometr mənfi 39,4, İnaridə mənfi 39,1 dərəcəni göstərir.
Şiddətli şaxtalar nəqliyyatın hərəkətini iflic edib. Uzaq məsafəli və şəhərətrafı qatarlar mənzil başına gecikmələrlə yetişir. Bəzi qatar reysləri isə ümumiyyətlə ləğv edilib. Metro qatarlarının da hərəkət cədvəli pozulub. Onlarla avtobus reysi ləğv olunub.
Sinoptiklər ölkə ərazisində şaxtalı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB